Ukrayna Prezident Administrasiyasının rəhbəri Yermakın adı korrupsiya ittihamlarında hallanır
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın korrupsiya sxemlərində iştirak etdiyi və antikorrupsiya qurumlarının əməkdaşlarını izləməyə dair göstəriş verdiyi iddia olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko öz Teleqram kanalında yayıb. Onun sözlərinə görə, Yermakın evində aparılan axtarış üç əsas səbəblə bağlıdır.
Qonçarenko bildirib ki, Yermakın NABU və SAP əməkdaşlarını izləməyi tapşırdığı, həmçinin prezident Zelenskinin yaxın dostu Timur Mindıçla bağlı “korrupsiya sxemlərində iştirak etdiyi” iddia olunur.
Deputat əlavə edib ki, Yermakın adının hallandığı daha bir məsələ mövcuddur və bu, hələ mediada açıqlanmayıb: “Bu obyekt Yermak tərəfindən ələ keçirilməyə çalışılıb və bununla bağlı sənədləşdirilmiş materiallar mövcuddur”.
Türkan Kərimli
12:27 28.11.2025
Oxunuş sayı: 1075