Orban Moskvada Putinlə görüşəcək
Macarıstanın baş naziri Viktor Orban noyabrın 28-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib. Orban bildirib ki, səfərin əsas məqsədi Ukraynada davam edən müharibə ilə bağlı vəziyyətin müzakirəsi, regionda təhlükəsizliklə bağlı mövqelərin dəqiqləşdirilməsi və enerji məsələlərinin gündəmə gətirilməsidir.
Bu barədə Crossmedia.az Reuters-ə istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, Macarıstan Rusiyadan neft və qaz tədarükünün davamlı olmasında maraqlıdır və görüşdə enerji əməkdaşlığının gələcək perspektivləri, həmçinin mövcud müqavilələrin icrası da nəzərdən keçiriləcək.
Türkanə Məşədiyeva
11:16 28.11.2025
Oxunuş sayı: 1079