“3+3” formatında növbəti görüşün vaxtı və yeri hələ müəyyənləşməyib
“3+3” formatında növbəti görüşün tarixi və məkanı hələlik müəyyən olunmayıb, – bu barədə Ermənistan mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır.
Crossmedia.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Bildirilib ki, iclasın təşkilinə dair müzakirələr bir neçə aydır davam edir. İştirakçı ölkələr görüşün İrəvanda və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirir.
Qurum xatırladıb ki, regional məsləhətləşmə platformasının əvvəlki iclasından sonra tərəflər növbəti görüşün tarix və məkanını diplomatik kanallar vasitəsilə müəyyənləşdirməyə razılıq vermişdilər. Ümumi anlaşmaya əsasən, qarşıdakı iki görüş İrəvan və Bakıda keçirilməlidir.
“Bu istiqamətdə konstruktiv müzakirələr davam edir”- Ermənistan XİN vurğulayıb.
Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva növbəti iclasın təşkili ilə bağlı İrəvan və Bakı arasında tezliklə razılıq əldə olunacağına ümid edir.
Günel Verdiyeva
11:05 28.11.2025
Oxunuş sayı: 942