Uşaq sağlamlığında “ilk min gün” anlayışı nə deməkdir? - Həkim açıqladı
"Pediatriya uşağın doğulduğu gündən 18 yaşına qədər olan bütün inkişaf mərhələlərini əhatə edən geniş bir sahədir. Bu sahənin çətinliyi ondadır ki, biz formalaşmış orqanizmə yox, inkişaf edən bir varlığa nəzarət edirik".
Bunu Crossmedia.az-a geniş müsahibəsində həkim, pediatr-allerqoloq Samirə Nağıyeva deyib.
"Uşaq doğulduğu andan etibarən hər ay, hər mərhələdə həm fiziki, həm də funksional olaraq dəyişir. Məsələn, yeni doğulmuş körpənin fizologiyası ilə bir aylıq körpənin fizologiyası arasında ciddi fərqlər mövcuddur. İlk min gün adlandırdığımız dövr isə təxminən 30–33 ayı, yəni uşağın üç yaşına qədər olan mərhələni əhatə edir. Bu dövrdə uşaq başını tutmağı öyrənir, motor bacarıqları formalaşır, ana südü ilə qidalanır, əlavə qidalarla tanış olur, oturur, ayağa qalxır, yeriyir, ətrafı qavrayır. Yəni orqanizmin bütün fundamental əsası məhz bu mərhələdə qoyulur. Biz də pediatr olaraq aylıq müayinələr, çəki və boy təqibi, inkişafın qiymətləndirilməsi, sağlam qidalanmaya keçid, dəri və ümumi qulluq, davranış və nitq inkişafının izlənməsi ilə ailəyə dəstək oluruq. Bu dövr, həmçinin peyvəndlərlə bağlı əsas mərhələdir. Uşaq bu illərdə xəstələnsə belə, onu prosesdən çıxarıb düzgün inkişaf xəttinə qaytarmaq üçün həm tibbi, həm də psixoloji dəstək göstərmək vacibdir", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/56759
Elmir
12:20 28.11.2025
Oxunuş sayı: 1127