Nazir Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüş keçirib
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri Ümit Kocabıçak ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində akkreditasiya qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
10:28 28.11.2025
Oxunuş sayı: 1007