Azərbaycanın 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub və qalib bağçalarla qrant müqavilələri imzalanıb.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müqavilələrə əsasən, Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğ müvafiq link vasitəsilə açıqlanıb. Qrant müqavilələrinin icrası başlandıqdan sonra ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.
Valideynlər hər hansı əlavə ödəniş tələbi ilə üzləşdikdə, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər. Nazirlik bildirir ki, qrant müsabiqəsi üzrə bütün məlumatların şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək.