Naxçıvan Dövlət Universiteti ilə Bayburt Universiteti arasında memorandum imzalanıb
Naxçıvan Dövlət Universitetində Bayburt Universitetinin rektoru ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Badəm Əliyeva bildirib ki, görüşdə NDU-nun rektoru Elbrus İsayev və Bayburt Universitetinin rektoru Mutlu Türkmən iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Elbrus İsayev çıxışında akademik fəaliyyət sahəsində birgə platformaların qurulmasının, elm və idman tədbirlərinin təşkilinin əhəmiyyətindən danışıb. Rektor qarşılıqlı əlaqələrin elm və təhsildə də öz əksini tapmasının önəmini qeyd edib.
Mutlu Türkmən isə çıxışında Bayburt Universitetinə müraciət edən azərbaycanlı tələbələrin say üstünlüyündən bəhs edib və bu baxımdan da əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbir zamanı Bayburt Universitetinin Beynəlxalq Dədə Qorqud Mədəniyyət-Tədqiqat Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın qurulması, elmi-tədqiqat laboratoriyalarında birgə ortaq layihələrin həyata keçirilməsi, idman sahəsində əməkdaşlığın gücləndirilməsi, universitetlərarası idman yarışlarının, yay festivallarının, ortaq konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi məsələləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.(Report)
20:27 26.11.2025
Oxunuş sayı: 648