Dövlət İmtahan Mərkəzi üçün sığortaçı seçilir
Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
Crossmedia.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini dekabrın 9-na qədər DİM-in yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 9-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, proqram çərçivəsində 340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalanacaq.
Ötən il bu tenderin qalibi "Meqa Sığorta" olub. Şirkətə 220 min manat ödənilib.
11:48 25.11.2025
Oxunuş sayı: 1171