Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub - Yenilənib
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub. Crossmedia.az xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və daha bir nəfərdir. Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.(Report)
22:07
21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.(Report)
22:00
Yasamal rayonu Mirəli Qasımov 19 A ünvanında saat 19: 30 radələrində FHN-nin 112 qaynar xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizəetmə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov deyib. "Məlumat əsasında FHN-nin Dövlət Yanğından Xilasetmə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi hadisə yerinə cəlb olunmuşdur. Yanğın hazırda tam söndürülüb. İnsanlar təxliyə edilib, mənzillər mühafizə olunub", - o bildirib.(Report)
21:30
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb. Crossmedia.az xəbər verir ki, ölənlərdən biri azyaşlıdır. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb. Mənzillər yanğından mühafizə olunub.(Report)
21:14
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb. Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib. Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib: "Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib".(Report)
20:56
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb. Crossmedia.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
20:46
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.
20:12
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.(Report)






22:34 21.11.2025
Oxunuş sayı: 3901