Azərbaycanda pambıq mahlıcı istehsalı 33 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 55,96 min ton pambıq mahlıcı istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 % çoxdur.
Bu il noyabr ayının 1-nə ölkədə 15,94 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.
17:54 15.11.2025
Oxunuş sayı: 1147