ABŞ Serbiyanın NIS şirkətində Rusiyanın payını tələb edir
ABŞ hökuməti Serbiyanın neft-qaz şirkəti NIS-də (“Serbiya Neft Sənayesi”) Rusiyanın payını tamamilə çıxarmağı tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Serbiyanın Dağ-mədən və Energetika naziri Dubravka Chedovich-Handanoviç TASS-a açıqlamasında bildirib.
O, vurğulayıb ki, Vaşinqtondan gələn mesaj çox sərt olub və ABŞ tərəfi şirkətdə Rusiyanın payını aradan qaldırmaq istədiyini açıq şəkildə ifadə edib.
Nazir qeyd edib ki, amerikalılar hər hansı gizli strukturlarla və ya “Qazprom” və Rusiya hökuməti ilə əlaqəli tərəfdaşlar vasitəsilə iştirakın olmamasını tələb ediblər. ABŞ Serbiyaya bu proseduru həyata keçirmək üçün konkret müddət təqdim etməyib.
Türkan Kərimli
16:29 15.11.2025
Oxunuş sayı: 1507