Tramp: Rusiya-Ukrayna müharibəsini dayandıracam
ABŞ Prezidenti Donald Tramp müsahibəsində bildirib ki, səkkiz müharibəni dayandırıb və qarşıda hələ Rusiya-Ukrayna münaqişəsi var.
Crossmedia.az bu barədə GB News-ə istinadən xəbər verir.
Məlumata görə, Donald Tramp vurğulayıb ki, ötən ay hər iki ölkədə 25 min əsgər həlak olub və bu hadisə onun prezidentliyi dövründə baş verə bilməzdi.
Tramp Rusiyanın Prezidenti Vladimir Putinlə “çox yaxşı münasibətlər” qurduğunu və əvvəlki münaqişələri tez bir zamanda həll etdiyini qeyd edib. O, Hindistan və Pakistan arasındakı son konflikt zamanı da müdaxilə etdiyini, səkkiz təyyarənin vurulduğunu və nüvə təhlükəsini idarə etdiyini deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, hələ etmədiyi yeganə iş Rusiya və Ukrayna arasındakı münaqişənin həlli ilə bağlıdır. Tramp bu prosesin tezliklə baş verəcəyinə ümid etdiyini və tərəflərə təzyiq göstərildiyini əlavə edib.
Nəzrin Abbas
14:00 15.11.2025
Oxunuş sayı: 1088