Cənubi Koreyada böyük logistika anbarında güclü yanğın baş verib
Cənubi Koreyada ən böyük logistika anbarlarından birində iri miqyaslı yanğın başlayıb. Bu barədə “Chosun” nəşri məlumat yayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yanğın ocağı Çxonan şəhərində yerləşən E-Land Fashion paylama mərkəzində qeydə alınıb.
Hadisə yerinə müxtəlif regionlardan 63 yanğınsöndürən ekipajı və 129 xilasedici cəlb olunub. Binanın tamamilə geyimlə dolu olması yanğının sürətlə yayılmasını daha da çətinləşdirir.
Hakimiyyət orqanları vətəndaşlara hadisə baş verən ərazidən uzaq durmağı və təhlükə zonasına yaxınlaşmamağı tövsiyə edir.
Günel Verdiyeva
13:46 15.11.2025
Oxunuş sayı: 1329