Qırğızıstan ağır silahları sərhəddən çıxarır
Mərkəzi Asiyada son illər ərzində davam edən sərhəd mübahisələrinin həlli istiqamətində mühüm addımlar atılır. Qırğızıstan sərhəddən ağır silahların çıxarılması barədə qonşu ölkələrlə razılığa gəlib. “Orada yalnız yüngül atıcı silahlar qalacaq… Ümid edirəm ki, artıq münaqişələr olmayacaq, çünki böləcək heç nə qalmayıb”, – Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Kamçıbek Taşiyev qeyd edib.
Bu barədə Crossmedia.az xarici mediaya əsasən xəbər verir.
Özbəkistan, Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədlərinin keçilməsi ilə bağlı saziş imzalayıblar. Qırğızıstan və Tacikistan dövlət sərhədinin təsvirini tamamlayıblar.
Qırğızıstan və Özbəkistan sərhəd məsələsinə tam olaraq nöqtə qoyublar.
Türkanə Məşədiyeva
12:17 15.11.2025
Oxunuş sayı: 1209