Azərbaycan karbamid istehsalını cüzi artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 533,7 min ton həcmində karbamid istehsal olunub.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 0,4 % çoxdur.
Noyabrın 1-nə 52,5 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
09:24 15.11.2025
Oxunuş sayı: 907