ABŞ-nin Ukrayna ilə bağlı əsas məqsədi açıqlandı
Rusiya–Ukrayna müharibəsi qlobal iqtisadiyyata, o cümlədən ABŞ-a ciddi təsir göstərib. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, müharibə nəticəsində ölkə iqtisadiyyatı 350 milyard dollarlıq itki ilə üzləşib. Tramp hazırkı administrasiyanın xarici siyasətindəki səhvlərlə bu zərəri əlaqələndirərək, öz hakimiyyəti dövründə Üçüncü dünya müharibəsinin qarşısını aldığını bildirib.
Onun səsləndirdiyi fikirlər barədə
Crossmedia.az-a danışan ReAl Partiyasının sədri, iqtisadçı- ekspert Natiq Cəfərli deyib ki, ABŞ maddi dəstəyi birbaşa yox, NATO ölkələri vasitəsilə etməyə çalışır: "Yəni Ukraynaya veriləcək silahlar satılacaq, bundan sonra da pulsuz verilməyəcək — NATO dövlətləri tərəfindən onun dəyərinin ödənilməsi nəzərdə tutulur. Əsas hədəf də onda ibarətdir".

Mehriban Yariyeva
20:17 12.11.2025
Oxunuş sayı: 1821