Himalay Məmişov: Qeyri-neft-qaz gəlirləri neft-qaz gəlirlərini geridə qoyub
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin orta illik artım tempi neft-qaz gəlirlərinin orta illik artım tempini 7,8 faiz bəndi üstələyib.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, artan qeyri-neft-qaz gəlirləri hesabına dövlət büdcəsinin cari xərclərinin ötürülməsi göstəricisi ötən müddətdə 3,5 faiz bəndi yüksəlib.
"Növbəti il üçün dövlət və icmal büdcənin hazırlanmasında makro-iqtisadi proqnoz göstəriciləri - xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 %, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ÜDM-nin 0,9 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 5 % real artımı əsas götürülüb", - deyən nazir müavini qeyd edib.
11:36 12.11.2025
Oxunuş sayı: 1094