Türkiyədə körpü çöküb: 3 nəfər həlak olub
Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı faciəvi hadisə baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kulp–Muş avtomobil yolunda, Tepecik və Karabulak məhəllələri arasında inşası davam edən körpüdə beton tökmə işləri aparılarkən körpü çöküb.
Hadisə nəticəsində 3 işçi həyatını itirib, 2 nəfər isə yaralanıb.
Əraziyə jandarma, AFAD (Fövqəladə Halların İdarəetməsi Agentliyi), 112 Təcili Tibbi Yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Nəzrin Abbas
15:42 11.11.2025
Oxunuş sayı: 1503