McDonald’s Rusiyada brend adlarını qorumağa davam edir
McDonald’s Rusiyada özünün bəzi məşhur menyu adları və xidmətləri üçün yeni ticarət nişanlarını rəsmən qeydiyyatdan keçirib. Şirkət həm rus, həm də ingilis dilində olmaqla ümumilikdə yeddi adda ticarət nişanı üçün hüquqi qoruma əldə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qeydiyyatdan keçən adlar hələ də dünya üzrə tanınan və McDonald’s brendinin əsas məhsulları hesab olunan Big Tasty, Quarter Pounder, Royal Cheeseburger, McFresh, McFlurry, Big Mac və həmçinin çatdırılma xidməti olan McDelivery-dir.
Bu addım şirkətin gələcəkdə Rusiyada brend və menyu adlarından istifadə hüququnu qorumaq məqsədi daşıdığı kimi, həm də bazara yenidən qayıtmaq ehtimalı ilə bağlı müzakirələri gücləndirib.
Türkanə Məşədiyeva
18:45 10.11.2025
Oxunuş sayı: 1411