Türkiyəli seysmoloq Egey dənizində güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edib
Türkiyəli seysmoloq Süleyman Pampal Egey dənizində, Krit və Rodos adaları arasında 7–8 maqnitudalı güclü zəlzələnin baş vermə ehtimalının yüksək olduğunu bildirib.
Crossmedia.az bildirir ki, alim bölgədə narahatedici seysmik fəallığın müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, Türkiyənin Balıkesir vilayətində demək olar ki, hər gün 4–5 bal gücündə təkanlar qeydə alınır, yaxın günlərdə isə iki dəfə 6 bal gücündə zəlzələ baş verib.
Pampal əlavə edib ki, Afrika plitəsinin Egey dənizi bölgəsindəki kənar hissəsi şərqə doğru hərəkət edir və magmaya yaxınlaşır. Bu isə güclü zəlzələnin baş verməsinə səbəb ola bilər.
18:21 10.11.2025
Oxunuş sayı: 7905