Rusiyada orduya xidmət edən əcnəbilərin ölkədən çıxarılmaması təklif olunur
Rusiyada müqavilə əsasında orduya xidmət edən əcnəbilərin ölkədən çıxarılmaması təklif edilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə hazırlanan qanun layihəsini hökumətin qanunvericilik fəaliyyəti üzrə komissiyası Dövlət Dumasına təqdim edilmək üçün təsdiqləyib.
Qeyd edək ki, daha bir qanun layihəsi də təsdiqlənib. Həmin layihəyə əsasən, Rusiya Silahlı Qüvvələrində müqavilə üzrə xidmət edən və döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin deportasiyası, readmissiyası və ölkədə qalmasına dair digər məhdudiyyətlər tətbiq olunmayacaq.
18:15 10.11.2025
Oxunuş sayı: 1266