“Lukoil” dünyanın ən böyük neft yataqlarından birində fors-major elan etdi
Rusiyanın “Lukoil” şirkəti İraqda yerləşən “Qərbi Qurna-2” neft yatağında fors-major vəziyyəti elan edib.
Crossmedia.az bu barədə Reuters agentliyinə istinadən məlumat verir.
Məlumata görə, şirkət artıq yataqda Rusiya vətəndaşı olmayan xarici əməkdaşların fəaliyyətini dayandırıb. Səbəb kimi İraq hökuməti tərəfindən nağd vəsaitlə və xam neftlə ödənişlərin dayandırılması göstərilir.
“Lukoil” bildirib ki, fors-major vəziyyəti davam edəcəyi təqdirdə, şirkət “Qərbi Qurna-2” layihəsindən tamamilə çıxmaq məcburiyyətində qala bilər.
18:07 10.11.2025
Oxunuş sayı: 1125