Paşinyan Ermənistan ordusunun inkişaf strategiyasını müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin komandan heyəti ilə operativ müşavirə keçirib. Görüşdə ordunun inkişaf strategiyası, təhlükəsizlik məsələləri və insan resurslarına daha çox diqqət ayrılmasının vacibliyi müzakirə olunub.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Paşinyan bildirib ki, ordunun modernləşdirilməsi ardıcıl və planlı addımlarla həyata keçirilməlidir.
Günel Verdiyeva
17:50 10.11.2025
Oxunuş sayı: 1235