Əhməd əş-Şəraa-ya qarşı sui-qəsdlər dəf edilib
Suriya son illərdə davam edən münaqişə və terror təhdidləri ilə üz-üzə olan ölkələrdən biridir. Xüsusilə “İslam Dövləti” (İŞİD) qruplaşması tərəfindən həyata keçirilən terror hücumları və sui-qəsd planları ölkənin sabitliyinə ciddi təhlükə yaradır. Suriya hakimiyyəti keçid dövrü prezidenti Əhməd əş-Şəraa-nı hədəf alan İŞİD-in iki sui-qəsd planını vaxtında aşkar edərək puç edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Bildirilir ki, sui-qəsdlər son bir neçə ay ərzində ifşa olunub.
Onlardan birində sui-qəsdin planlaşdırıldığı hadisə əvvəlcədən elan edilmiş nişan mərasimi olub və bu mərasimdə Əhməd əş-Şaraanın iştirak etməsi nəzərdə tutulub.
Beləliklə, Suriya hakimiyyəti terror planlarını vaxtında aşkar edərək, ölkə rəhbərliyinin təhlükəsizliyini təmin edib.
Türkanə Məşədiyeva
17:30 10.11.2025
Oxunuş sayı: 1302