25 dəfə əməliyyat olunan Vətən Müharibəsi qazisi ailə qurub
25 dəfə əməliyyat olunan Vətən Müharibəsi qazisi Rüstəm Qurbanov ailə həyatı qurub.
Crossmedia.az xəbər verir ki, o, Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.
“Cəsur döyüşçü”, “Suqovşanın azadlığı uğrunda”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Döyüşlər zamanı ayaqlarından və çənəsindən ciddi xəsarətlər alıb. Alt damağı zədələnib, dişləri tökülüb. Rüstəm uzun bərpa dövrü keçirib. 25 dəfə əməliyyat olunub. 21 dəfə ayaqlarından, 4 dəfə çənəsindən əməliyyat olunub.
Hazırda səhhətində müəyyən problemlər olsa da, ümumilikdə həyatı qaydasında davam edir.
00:15 11.11.2025
Oxunuş sayı: 1131