Ermənistanda elektrik şəbəkələrinin lisenziyası geri çağırıla bilər
Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (KROU) tərəfindən verilən məlumata görə, 13 noyabrda keçiriləcək iclasda “Elektrik Şəbəkələri Ermənistan” (EŞE) Qapalı Səhmdar Cəmiyyətinə məxsus elektrik enerjisinin paylanması lisenziyasının ləğvi məsələsi ətraflı müzakirə olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. EŞE-nin operatoru iş adamı Samvel Karapetyana məxsus olan “Tashir Capital” şirkətidir. Qərar layihəsinə əsasən, lisenziyanın geri çağırılmasına səbəb yoxlamalar zamanı aşkar edilmiş çoxsaylı pozuntulardır.
Bununla yanaşı, KROU müvəqqəti idarəçinin səlahiyyətlərini dayandırmayacaq, çünki bunun üçün müvafiq səlahiyyətə malik deyil. Beləliklə, EŞE artıq dörd aydır davam etdiyi kimi hökumətin müvəqqəti idarəçiliyində qalacaq.
Türkanə Məşədiyeva
15:33 10.11.2025
Oxunuş sayı: 1029