Rusiyada 14 yaşdan kiçik uşaqlara ictimai nəqliyyat pulsuz ola bilər
Rusiyada 14 yaşdan kiçik uşaqlara ictimai nəqliyyat pulsuz ola bilər
Crossmedia.az xəbər verir ki, Rusiya İctimai Palatasının katibinin müavini Vladislav Qrib 14 yaşınadək uşaqlar üçün ictimai nəqliyyatın pulsuz olmasını təklif edib.
O bildirib ki, böyüklər üçün gediş haqqının bir qədər artırılması hesabına uşaqlar pulsuz istifadə edə bilər. Daha əvvəl üç yaşınadək uşaqları olan valideynlər və tələbələr üçün də pulsuz nəqliyyat təklifləri irəli sürülmüşdü.
11:03 10.11.2025
Oxunuş sayı: 1688