Paşinyan müharibənin ilk günlərindən qalibiyyətə inanmırdı
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, İkinci Qarabağ Müharibəsinin ilk günlərində Paşinyan ermənilər arasında populyar olan “Biz qalib gələcəyik” şüarını mənfi qarşılamışdı və bu, real vaxtda erməni məğlubiyyətini əks etdirən şüar kimi qəbul edilirdi.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Simonyanın sözlərinə görə, bu hadisə 2020-ci il sentyabrın 28 və ya 29-da baş vermişdi. Ermənistan artıq döyüş meydanında mövqelərini itirməyə başlamışdı:
“Ermənistanın baş naziri Nikol Paşinyandan zəng aldım:
Paşinyan: Alen, bu ‘Biz qalib gələcəyik’ şüarını kim başlatdı?
Simonyan: Bilmirəm, cənab baş nazir, biz yox, amma artıq yayılıb.
Paşinyan: Çox pisdir, bu məğlubiyyət şüarıdır, heç də yaxşı deyil.
Simonyan: Bilirəm, cənab baş nazir, amma artıq hər yerdə yazılıb – mağazalarda, avtomobillərdə, artıq heç nəyi dəyişmək olmaz.
Paşinyan: Bilmirəm, amma bu pisdir”.
Günel Verdiyeva
10:53 10.11.2025
Oxunuş sayı: 1615