Bu günə gözlənilən hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.
09:38 10.11.2025
Oxunuş sayı: 2049