Çində ömrü uzadan həb hazırlanır
Çində fəaliyyət göstərən bir laboratoriya insan ömrünü uzatmaq məqsədilə yeni həb üzərində işləyir. Lonvi Biosciences şirkətinin texniki direktoru Liu Tsinxua yaxın illərdə insanların 150 ilə qədər yaşamasının mümkün ola biləcəyini bildirib.
Crossmedia.az The New York Times nəşrinə istinadən xəbər verir.
Aparılan təcrübələr göstərib ki, üzüm çəyirdəyi ekstraktındakı birləşmələr orqanizmdəki qocalmış hüceyrələri seçici şəkildə məhv edir və bu, yaşlanma prosesini ləngidə bilər.
Günel Verdiyeva
17:20 09.11.2025
Oxunuş sayı: 1327