Natali Aleksanyan Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib
Erməni bloqer Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib və bu addım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə bloqer Natali Aleksanyan “Telegram” kanalında paylaşım edib.
O bildirib ki, hər bir dövlət üçün bayraq dövlətçiliyin, kimliyin və tarixin rəmzidir. Aleksanyan qeyd edib ki, Azərbaycan bu günü milli bayram kimi qeyd edir və bu, dövlət rəmzlərinin dəyərini xatırladır.
Bloqer həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında hələ də həll olunmamış məsələlər qalsa da, sülhə aparan yol qarşılıqlı hörmətdən keçir.
“Bu gün bütün azərbaycanlı dostlarım məni Ermənistanın Bayraq Günü münasibətilə təbrik etmişdilər, indi isə mən onları təbrik edirəm. Böyük sülh belə kiçik jestlərlə başlayır”, – deyə Aleksanyan yazıb.
Türkan Kərimli
14:05 09.11.2025
Oxunuş sayı: 1376