Fransa Ukraynaya köhnə balıq torları göndərir
Fransa Ukraynaya pilotsuz uçuş aparatlarından müdafiə məqsədilə köhnə balıq torları göndərməyə başlayıb. Bu torlardan cəbhə xəttinə yaxın yollar boyunca tunellər yaratmaq üçün istifadə olunur. Belə tunellər dronların torlara ilişib qalmasına və hədəfə çatmamasına səbəb olur.
Crossmedia.az The Guardian nəşrinə istinadən xəbər verir.
Mənbənin bildirdiyinə görə, Ukraynaya artıq ümumi uzunluğu təxminən 280 kilometr olan iki partiya balıq toru göndərilib.
Günel Verdiyeva
10:29 09.11.2025
Oxunuş sayı: 1259