Rusiyalı basketbolçu Daniil Kasatkin ABŞ-yə təhvil veriləcək
Rusiyalı basketbolçu Daniil Kasatkin Fransada iyunun sonunda saxlanılıb. O, məhkəmənin ABŞ-yə ekstradisiya qərarını mübahisələndirməyəcək.
Crossmedia.az TASS-a istinadən bildirir ki, bu barədə onun vəkili Frederik Belo məlumat verib.
Vəkilin sözlərinə görə, Kasatkin hazırkı siyasi şəraitdə Kassasiya Məhkəməsində şansının olmadığını düşünür. ABŞ tərəfi iddia edir ki, o, Amerika şirkətləri və federal qurumlara qarşı fidyə proqramları vasitəsilə hücumlar edən haker şəbəkəsində iştirak edib. Kasatkin isə bütün ittihamları rədd edir.
Mehriban Yariyeva
23:40 08.11.2025
Oxunuş sayı: 856