İstanbul Prokurorluğu İsrail rəhbərliyinə qarşı “soyqırımı” ittihamı ilə cinayət işi açıb
İstanbul Baş Prokurorluğu İsrailin bir sıra yüksək vəzifəli rəsmilərinə qarşı, o cümlədən Baş nazir Benyamin Netanyahu, müdafiə naziri, milli təhlükəsizlik naziri, Baş Qərargah rəisi və Hərbi Dəniz Qüvvələrinin komandanına qarşı cinayət işi başladıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Rəsmi bəyanatda bildirilir ki, araşdırma “insanlığa qarşı cinayətlər” və “soyqırımı” maddələri üzrə aparılır. İstintaq İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar, o cümlədən mülki əhaliyə qarşı hücumlar və humanitar yardımın çatdırılmasına maneələr ilə bağlıdır.
Məlumata görə, istintaq prosesi Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polisinin iştirakı ilə həyata keçirilir.
Xumar Emilqızı
11:45 08.11.2025
Oxunuş sayı: 1408