İsveç və Ukrayna “Gripen” qırıcıları ilə bağlı razılığa gəldi
İsveç və Ukrayna 150 ədədə qədər “Gripen” qırıcı təyyarəsinin alınması ilə bağlı Anlaşma Memorandumu imzalayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd növbəti 10–15 il ərzində güclü Ukrayna Hərbi Hava Qüvvələrinin formalaşdırılmasıdır.
İsveç bildirib ki, Ukraynanın 150 “Gripen” qırıcı təyyarəsi alma ehtimalını maliyyələşdirməyə kömək edə bilər. Bunun üçün ixrac kreditlərindən, hərbi yardımdan və mümkünsə dondurulmuş Rusiya aktivlərindən istifadə edilə bilər.
Səriyyə Tağıyeva
20:04 07.11.2025
Oxunuş sayı: 1287