Dağıstanda turistlərlə dolu helikopter qəzaya uğrayıb: dörd nəfər həlak olub
Dağıstanda turistləri daşıyan helikopter qəzaya uğrayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bortda yeddi nəfər olub, onlardan dördü həyatını itirib.
Hadisə Qarabudaхkənd rayonunun Açi-Su qəsəbəsi ərazisində baş verib. İlkin məlumata əsasən, qəzaya AО “KEMZ” konserninə məxsus çoxməqsədli helikopter uğrayıb.
Təsdiqlənməmiş məlumatlara görə, helikopterdə olan yeddi nəfərdən dördü həlak olub, digərlərinin vəziyyəti barədə məlumat dəqiqləşdirilir.
Pərvin Hacıyeva
17:40 07.11.2025
Oxunuş sayı: 1383