Avropa müdafiə nazirləri Rusiyayla mümkün müharibə ssenarisi üzrə təlimlərdə iştirak ediblər
Avropa müdafiə nazirləri və generalları Rusiyayla mümkün müharibə ssenarisi üzrə Norveçdə keçirilən təlimlərdə iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Təlimlərin məqsədi iştirakçıların “Rusiyanın düşməncəsinə hərəkətləri” barədə məlumat aldıqda hansı addımları atacaqlarını müəyyənləşdirmək olub. Ssenariyə əsasən, nazirlərin və generalların ixtiyarında hadisələrlə bağlı qəzet məqalələri, kəşfiyyat məlumatlarının natamam yeniləmələri və sosial şəbəkə paylaşımları olub. Onlar bu məlumatlara əsaslanaraq ən optimal reaksiya tədbirlərini müəyyən etməli olublar.
Böyük Britaniyanın müdafiə naziri Con Hili təlimlərlə bağlı bildirib:
“Bu ölkələr (Şimali Avropa dövlətləri) Rusiya ordusunun qonşuluğunda yerləşir. Biz elə dövlətlərik ki, riskləri ən yaxşı qiymətləndirə, təhdidlərə düzgün cavab verə və NATO-nu bu təhdidlərə daha ciddi yanaşmağa vadar edə bilərik.”
Fidan Quliyeva
13:21 07.11.2025
Oxunuş sayı: 1263