Avronest Assambleyasında Ermənistan–Azərbaycan sülh sazişi tarixi nailiyyət kimi qiymətləndirilib
Avronest Parlament Assambleyasının həmsədri Sergey Laqodinski İrəvanda keçirilən 12-ci plenar sessiyada Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişini tarixi uğur adlandırıb.
Crossmedia.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Laqodinski bildirib: “Ermənistan və Azərbaycan arasında paraflanmış tarixi saziş yeni imkanlar açıb. Mən irəliləmək və inkişaf etmək üçün real istəyi görürəm. Bu, münasibətlərin və tərəfdaşlığın etimad əsasında qurulacağına ümid yaradır”.
O həmçinin vurğulayıb ki, Avropa İttifaqının sülh məsələsində mövqeyi aydın və vahiddir. Laqodinski Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanunu qəbul etməsinə də toxunaraq, bunun Ermənistanın Avropa dəyərləri və demokratiya yolunu seçdiyini göstərdiyini qeyd edib.
Günel Verdiyeva
18:26 29.10.2025
Oxunuş sayı: 2202