TRIPP layihəsi bölgədə infrastrukturun inkişafına şərait yaradır
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik TRIPP layihəsinin gerçəkləşdirilməsi regionda infrastrukturun inkişafı üçün geniş imkanlar açır.
Crossmedia.az erməni KİV-lərinə istinadən xəbər verir.
Simonyan qeyd edib ki, layihə yalnız dəmir yolu əlaqələrinin inkişafını nəzərdə tutmur, həm də avtomobil yolları, neft-qaz kəmərləri, elektrik xətləri və rabitə kabellərinin Ermənistan, Azərbaycan və digər qonşu ölkələr arasında qurulması perspektivini yaradır.
O, həmçinin vurğulayıb ki, Ermənistan Avropa İttifaqının Qara dəniz regionuna yeni strategiyasını alqışlayır və bunun bölgədə sabitliyin artırılmasına və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini bildirib.
Günel Verdiyeva
18:14 29.10.2025
Oxunuş sayı: 1514