Tramp: Məhz mən Qarabağ münaqişəsini dayandırdım
ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Qarabağ münaqişəsinin dayandırılmasında əsas rol məhz ona məxsusdur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Bu, mənə inanılmaz məmnunluq hissi verir. Biz bu səylər sayəsində milyonlarla insanın həyatını xilas etdik. Məsələn, Azərbaycanla bağlı vəziyyəti götürək. Münaqişə, yəqin ki, 38 il davam edirdi. Prezident Putin mənə zəng edib dedi: ‘Bu, heyrətamizdir. Sadəcə inanılmaz’. Biz illərlə o müharibəni dayandıra bilmirdik, milyonlarla insan həlak olmuşdu, amma biz bunu bacardıq.
Hər iki ölkənin nümayəndələri Ağ Evə gəlmişdi. Əvvəlcə onlar bir-birindən aralı dayanmışdılar, lakin tədricən yaxınlaşmağa başladılar. Bir saat sonra artıq bir-birlərini sülh rəmzi olaraq qucaqlayırdılar. Bu, həqiqətən heyrətamiz idi,” – deyə Tramp qeyd edib.
Günel Verdiyeva
16:01 29.10.2025
Oxunuş sayı: 1520