Almatıda valideynlər yalnız qazax dilində təhsil tələb edir
Qazaxıstanın Almatı şəhərində hələ açılmamış 224 nömrəli yeni məktəb ətrafında mübahisə yaranıb. Oktyabrın 27-də Bostandık rayonunun sakinləri məktəbin yalnız qazax dilində fəaliyyət göstərməsini tələb etmək üçün akimat binası önünə toplaşıblar.
Crossmedia.az Orda nəşrinin məlumatına əsasən xəbər verir ki, etiraz edən valideynlərin sözlərinə görə, rayon ərazisində qazax dilində siniflərin sayı azdır, bu səbəbdən uşaqlar illərlə növbədə gözləməli olurlar. Hazırda bölgədə cəmi bir qarışıq məktəb fəaliyyət göstərir və oradakı qazax siniflərində boş yer yoxdur.
Sakinlər bildirirlər ki, yeni açılacaq məktəb tamamilə qazaxdilli olmalı və milli dilin tədrisinə üstünlük verilməlidir.
Sevinc Yarməmmədova
15:58 29.10.2025
Oxunuş sayı: 1275