İstanbul yaxınlığında altımərtəbəli bina çöküb
Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Gebze qəsəbəsində altımərtəbəli bina çöküb. İlkin məlumatlara görə, dağıntılar altında insanların qalma ehtimalı var.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Gebze bələdiyyə sədri Zinnur Böyükkezin sözlərinə görə, binada iki ailə – ümumilikdə yeddi nəfər yaşayırmış. Hazırda onların çökmə zamanı binada olub-olmadıqları məlum deyil.

Hadisə yerinə xilasedicilər cəlb edilib, axtarış-xilasetmə işləri davam etdirilir.
Sevinc Yarməmmədova
15:53 29.10.2025
Oxunuş sayı: 1277