Balıkesirdə 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb. Bu rəqəm Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının saytında öz əksini tapıb.
Belə ki, 27 oktyabrda Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb. Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub, 22 nəfər xəsarət alıb. (report)
05:26 28.10.2025
Oxunuş sayı: 1734