"Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi.
Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib.
12:15 22.10.2025
Oxunuş sayı: 910