Bir anlıq dayanmaq böyük təhlükəyə çevrildi - Ayı balasını qorumaq üçün...
Yaponiyanın Hokkaydo adasında ayı içərisində insanların olduğu avtomobilə hücum edərək nəqliyyat vasitəsinə ciddi ziyan vurub.
Crossmedia.az xəbər verir ki, “SHOT” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, yolda hərəkət edən qadın qarşıda ayı ailəsini görüb və avtomobili dərhal saxlayıb. Lakin ana ayı avtomobilə yaxınlaşaraq kapot və ön şüşəyə hücum edib.
Ayının avtomobilə çoxsaylı zərbələr endirdiyi, nəticədə kuzovda dərin əziklər və caynaq izləri yarandığı bildirilir. Hadisədən sonra ana ayı balası ilə birlikdə meşəyə qaçıb.
Məlumata görə, ayının avtomobilə hücumunun səbəbi onun avtomobili balası üçün təhlükə kimi qəbul etməsi ola bilər.
Qeyd edək ki, Rusiyanın Altay diyarında da ayının yerli sakinin “Toyota” markalı avtomobilinə hücum etdiyi barədə məlumat yayılıb. Avtomobil sahibinin sözlərinə görə, ayı maşının kuzovuna zərər vurub, bəzi hissələri dişləyib və avtomobilin qapılarına xəsarət yetirib.
Hadisədən sonra çəkilən görüntülərdə avtomobilin kuzovunun əzildiyi, bəzi hissələrin yerindən çıxdığı və qapıların zədələndiyi görünür.Analitik İnformasiya Portalı Panel Bürclər Xəbərlər Çıxış Yeni xəbər əlavə et Xəbərin başlığı Bir anlıq dayanmaq böyük təhlükəyə çevrildi Başlığa əlavə (sağda görünür) - Ayı balasını qorumaq üçün... Xəbərin başlığı: Qırmızı Qalın Başlığa əlavə (sağda görünür): Qırmızı Qalın Qısa açıqlama Yaponiyanın Hokkaydo adasında ayı içərisində insanların olduğu avtomobilə hücum edərək nəqliyyat vasitəsinə ciddi ziyan vurub. Crossmedia.az xəbər verir ki, “SHOT” Telegram kanalı bu barədə məlumat yayıb. Məlumata görə, yolda hərəkət edən qadın qarşıda ayı ailəsini görüb və avtomobili dərhal saxlayıb. Lakin ana ayı avtomobilə yaxınlaşaraq kapot və ön şüşəyə hücum edib.
11:53 05.10.2026
Oxunuş sayı: 48