Bu hal baş verərsə, digər liderlərin də Rusiyaya etimadı itə bilər… - Politoloqdan açıqlama

Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şəraa Rusiyaya gedib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, Putinlə Əhməd əş-Şəraanın görüşündə müzakirələr olunacaq. Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şəraa Rusiyaya gedib.
Politoloq Məhəmməd Əsədullazadə görüşün mümkün nəticələri barədə Crossmedia.az- a danışıb.
O, Suriya prezidenti Əhməd əş-Şəranın Rusiyaya səfərini Rusiya və Suriya arasında yeni siyasi mərhələnin başlanması kimi qiymətləndirildiyini bildirib: ‘’Burada Türkiyənin də rolu var. Suriya höküməti Bəşər Əsədin təhvil verilməsini tələb edir. Həmçinin, Rusiyanın Suriyada hərbi bazaları var ki, bu məsələlər də müzakirə olunacaq. Rusiya çalışır ki, Suriyada onun hərbi bazası saxlanılsın. Təbii ki, Bəşər Əsədin Suriya hökümətinə təhvil verilməsi Rusiya-Suroya arasında münasibətləri daha da yaxşılaşdıra bilər. Lakin, Bəşər Əsədin yaxın bir zamanda Suriyaya verilməsi isə gözlənilmir. Rusiyanın bu addımı atıb-atmayacağı müəyyən qədər sual doğurur. Çünki, Rusiya ona sığınan dövlət insanlarını qarşı tərəfə verməyib. Amma Yaxın Şərqdə Rusiyanın vəziyyəti normal deyil. Bu hal baş verərsə, digər liderlərin də Rusiyaya etimadını itirməsinə gətirib çıxara bilər’’
Sevinc Yarməmmədova
20:53 15.10.2025
Oxunuş sayı: 907