Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb, 130 mindən çox uşaq məktəbə gedəcək

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi başa çatıb.
Bu barədə Crossmedia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
18:05 15.10.2025
Oxunuş sayı: 870