HƏMAS-ın güclənməsinə yardım edəcək potensial sponsorlar azalacaq - Proqnoz

Qəzza üzrə fəaliyyət göstərən Fələstinin radikal HƏMAS hərəkatı silahlarını təhvil vermək niyyətində olmadığını açıqlayıb. Hərəkatın nümayəndəsi “AFP” agentliyinə verdiyi açıqlamada təklif olunan tərksilah məsələsinin istisna olduğunu və müzakirə mövzusu olmadığını bildirib. ABŞ prezidenti Donald Tramp isə daha əvvəl bəyan etmişdi ki, HƏMAS-a silahların təhvil verilməsi məsələsi sülh planının ikinci mərhələsində nəzərdən keçiriləcək. Bu inkişaflar Fələstin-İsrail münasibətlərində və bölgədəki sülh prosesində yeni çağırışlar doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Trampın həlli və atəşkəs təşəbbüsləri HƏMAS-ın təşkilatlanması baxımından Fələstinin gələcəyi üçün yol aça bilər.
S.Soltan əlavə edib ki, HƏMAS-ın təkzib olunması Fələstinin gələcəyini əngəlləmək kimi qiymətləndirilir və bu baxımdan Trampın təqdim etdiyi 20 maddəlik planı vaxtilə HƏMAS-ı müxtəlif istiqamətlərdə — siyasi, hərbi və mənəvi — dəstəkləmiş ölkələrin dəstəklədiyi hesab edilir: “Trampın Qəzza planını dəstəkləyənlər arasında ən böyük güclər və HƏMAS-ın əvvəlki dəstəkçiləri bu planı qəbul etdiklərinə görə gələcəkdə HƏMAS-a yardım edəcək qüvvələr qalmayacaq. Bu halda HƏMAS-ın silahla təmin olunması, maliyyə dəstəyi verilməsi və təşkilatın güclənməsinə yardım edəcək potensial sponsorlar azalacaq”.
O bildirib ki, nəticə etibarilə HƏMAS yaxından və ya uzaqdan tərk-silah planını qəbul etməyə məcbur ola bilər: “Əks halda HƏMAS-a və onun arxasında dayanan qüvvələrə qarşı beynəlxalq sanksiyalar tətbiq olunacaq. Əgər sanksiyalar tətbiq olunmazsa, bu, İsrailə və beynəlxalq güclərə, həmçinin HƏMAS-a və Qəzza regionuna yeni problemlər yaradacağını xəbər verir".
Mehriban Yariyeva
14:39 13.10.2025
Oxunuş sayı: 2595