Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.(Report)
19:25 08.10.2025
Oxunuş sayı: 1406