Le Pen Fransadakı siyasi vəziyyəti “sirk” adlandırıb

Fransada sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ölkədəki siyasi vəziyyəti “sirk” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, Le Pen prezident Emmanuel Makronun institutlara hörmət etməməsini əsas gətirərək parlamentin buraxılmasının və ya prezidentin istefasının qaçılmaz olduğunu bildirib.
Sənədə əsasən, o, hər hansı hökumətə qarşı etimadsızlıq səsverməsini dəstəkləyəcəyini vurğulayıb və Makronun hərəkətlərinin həm ölkəyə, həm siyasətə, həm də onun beynəlxalq nüfuzuna ziyan vurduğunu qeyd edib.
Türkan Kərimli
17:49 08.10.2025
Oxunuş sayı: 1054